Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatları Tahir Mirkişili və Soltan Məmmədov Ermənistanın paytaxtı İrəvanda baş tutan AVRONEST Parlament Assambleyasının komitə iclasında iştirak edirlər.
Bizim.Media xəbər verir ki, Soltan Məmmədov iclasdan fotolar paylaşaraq dünya azərbaycanlılarını təbrik edib:
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanlı deputatlar İrəvana gəldilər
“İrəvandan dünya azərbaycanlılarına salamlar! Su çərşənbəniz mübarək olsun!!!”.
Qeyd edək ki, deputatlar iclaslarda müzakirə olunacaq məsələlərdə Azərbaycan tərəfinin mövqeyini bildirəcəklər.
Azərbaycanlı deputatların ötən gün başlayan səfəri Ermənistanda etirazla qarşılanıb. Axşam saatlarında ölkənin baş naziri Nikol Paşinyan Tahir Mirkişili və Soltan Məmmədovu qəbul edib.
Bizim.Media