“Azərbaycan Respublikasının vətəndaşlarının firəvan və təhlükəsiz həyat şəraitini təmin etmək dövlətin ən ali məqsədidir”.
Moderator.az xəbər verir ki, bu sözləri Pakistanın ən nüfuzlu qəzeti hesab edilən “The Pakistan Times”-ın baş redaktoru, Pakistan Jurnalistlər Assosasiyasının prezidenti Cavid Əli Bahatti 12 noyabr Azərbaycan Respubliksının Konstitusiya günü münasibəti ilə Azərbaycan xalqını təbrik edərkən deyib.
Onun sözlərinə görə, 12 noyabr tarixi Azərbaycan xalqının qəhrəmanlıq uğrunda şücaəti və Azərbaycanın xilaskarı kimi tanınan Heydər Əliyev tərəfindən suverenliyin bünövrəsinin qoyulması günü kimi tarixə yazılıb: “Pakistan xalqı Azərbaycanın daim yanında olan, dini və amalı bir olan dövlətlərdən biridir. Erməni separatçılarının Azərbaycana qarşı acımasız məkrli siyasətlərinə görə Pakistan dövləti bu günə qədər Ermənistanla heç bir qarşılıqlı münasibətlərin olmasına razılıq verməyib. Baxmayaraq ki, bu günə qədər ermənilər tərəfindən dəfələrlə Pakitanla münasibətlərin normallaşması istiqamətində cəhdlər olmuşdur və bu gün də olmaqdadır. Lakin Azərbaycan torpaqları geri qayıtmayana qədər, ermənilərin bütün bu cəhdləri Pakistan tərəfindən rədd edilməkdədir. Azərbaycan xalqı məhz Ölməz Lider Heydər Əliyevin rəhbərliyi altında 1995-ci il 12 noyabr tarixində ilk konstitusiyasını qəbul edib. Çox keşməkeşli yolları qətt edən Azərbaycan bu gün hər şeyə rəğmən dim-dik və heç kəsin təztiqi altında olmadan öz müstəqil siyasətini yürütməkdədir. Bunlar isə hesab edirəm ki, uzaqgörən və əvəzolunmaz Dahi Heydər Əliyevin böyük və düşünülmüş siyasi kursunun Azərbaycan xalqına verə biləcəyi ən layiqli tövhədir”.
12 noyabr Konstitusiya Günü ilə əlaqədar eyni zamanda Pakistanın eks baş naziri Əkrəm Zəki də öz ürək sözlərini bölüşüb: “Mən Azərbaycan xalqını bu müstəqillik və suverenlik bayramı münasibəti ilə təbrik edirəm. Bu gün Azərbaycan sürətlə inkişaf etməkdədir. Bu çox təqdirə layiq bir haldır. Pakistan Azərbaycan dostluq münasibətlərinin daha da inkişaf etməsi bu gün məni çox sevindirir. Çünki Pakistan Azərbaycan dostuğu əbədidir. O cümlədən bu yaxınlarda Pakistan Azərbaycan Jurnalistlərinin Dostluq Forumunun keçiriləcəyi ilə bağlı xəbəri eşidəndə çox sevindim. Sevindim ki, iki dost dövlət arasında bu cür təşəbbüslər irəli sürülür. Pakistanın Jurnalistlər Assosiasıyasının prezidenti Cavid Əli Bahatti və Azərbaycandan Jurnalist Qadınlar Asosiassiyasının üzvü, jurnalist Ülkər Müsazadənin təşəbbüsü ilə belə bir ideyanın gərçəkləşəcəyi gözlənilir. Bu təşəbbüsün hər iki dövlət arasında yeni əlaqələrin yaranması üçün bir körpü rolunu oynayacağına inanıram. Çünki, əgər dünənə qədər Azərbaycan-Pakistan arasında mövcud hadisələr Pakistan mətbuatında işıqlandırılırdısa, Pakistan-Azərbaycan Jurnalistləri Dostluq Forumunun layihəsinin təşəbbüsü ilə Pakistan mətbuatında Azərbaycan üçün önəm daşıyan günlər də işıqlandırılacaq və həmin günlərin tarixi haqqında məlumat veriləcəkdir. Bu gün də sözü gedən forum çərçivəsində Pakistanda Azərbaycan Respublikasının 12 noyabr Konstitusiya günü qeyd olundu”.
Xatırladaq ki, Pakistanın Jurnalistlər Assosiasıyasının prezidenti Cavid Əli Bahatti və Azərbaycandan olan müstəqil jurnalist Ülkər Müsazadənin təşəbbüsü ilə start verilən Azərbaycan-Pakistan Jurnalistləri Dostluq Forumu Azərbaycan dövləti üçün dəyərli və anlamlı olan tarixlərin Pakistan mətbuatında işiqlandırılmasına xidmət edir.
Qeyd edək ki, 12 noyabr Azərbaycan Respublikasının Konstitusiya Günü haqqında Pakistanın bir çox nəşrləri məqalələr dərc edib.

































































































