Türk Dövlətləri Təşkilatının Ombudsmanlar Assosiasiyası yaradılır

Hazırda oxunan: Türk Dövlətləri Təşkilatının Ombudsmanlar Assosiasiyası yaradılır

61220

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Türk Dövlətləri ombudsmanlarının növbəti onlayn iclasında iştirak edib.

Ombudsman Aparatından Bizim.Media-ya verilən xəbərə görə, Türkiyə, Azərbaycan, Özbəkistan, Qazaxıstan Ombudsman və milli insan hüquqları institutlarının rəhbərlərinin iştirak etdiyi tədbirdə yaradılacaq Türk Dövlətləri Təşkilatının Ombudsmanlar Assosiasiyasının əsasnaməsi müzakirə edilərək bir sıra təkliflər səsləndirilib.

Azərbaycan Ombudsmanı onlayn tədbirdə çıxış edərək, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirilən fəaliyyətin daha da təkmilləşdirilməsi baxımından təcrübə mübadilələrinin əhəmiyyətli olduğunu vurğulayıb.

Səbinə Əliyeva Assosiasiyanın əsasnaməsinin müzakirəsi və təşkilati işlərin təmini məqsədilə hər bir üzv qurumun nümayəndəsinin təmsil olunduğu işçi qrupunun yaradılması təklifini irəli sürüb. Bu təklif tədbir iştirakçıları tərəfindən müsbət qarşılanıb.
Yekunda tədbir iştirakçıları birgə əməkdaşlığın güclənməsinə böyük təkan verəcək Türk Dövlətləri Təşkilatının Ombudsmanlar Assosiasiyasının növbəti iclasının canlı formatda keçirilməsi barədə razılığa gəliblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin