Azərbaycanlı millət vəkilləri İrəvanda Paşinyanla görüşdü

Hazırda oxunan: Azərbaycanlı millət vəkilləri İrəvanda Paşinyanla görüşdü

61194

"Bü gün AVRONEST Parlament Assambleyasında təmsil olunan Azərbaycan, Gürcustan, Ukrayna nümayəndələri və Avropa Birliyi tərəfindən həmsədr nümayəndə ilə Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş oldu. Görüşdə Avropa Birliyi-Ermənistan, Azərbaycan-Ermənistan münasibətləri, Ukrayna ətrafında baş verən hadisələr müzakirə olundu".

Bizim.Media xəbər verir ki, bunu sosila media hesabında AVRONEST Parlament Assambleyasının üzvü Tahir Mirkişili bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanlı deputatlar İrəvana gəldilər


Millət vəkili bildirib ki, Nikol Paşinyan Azərbaycanla münasibətlərdən danışarkən çətin də olsa artıq müəyyən bir yolun qət edildiyini, bir çox məsələlər, xüsusilə də dəmir yolunun açılması ilə bağlı razılıqların olduğunu qeyd edərək, bunu regionda kommunikasiyaların açılması yönümündə əhəmiyyətli olacağını qeyd edib:

"Daha sonra mina xəritələrinin təhvil verilməsindən, sərhədlərin demilitasiya və demarkasiyasından, UNESCO-nun regiona səfər edəcəyindən, 1-ci müharibə zamanı zamanı itkin düşmüş şəxslərin qalıqlarının təhvil verilməsi prossesindən, Ermənistan-Türkiyə münasibətlərinin inkişafından məlumat verərək, Prezident İlham Əliyevlə Brüsseldə, daha sonra isə fevaralın 4-də video konfrans formatında görüşünə də toxundu. O, bu görüşləri müsbət qiymətləndirdi".

T.Mirkişili əlavə edib ki, Azərbaycan nümayəndə heyəti adından çıxış edərək ölkəmizin gündəliyində dayanıqlı sülh, regional inkişaf, kommunikasiyaların açılması, bərpa və quruculuq işlərinin olduğunu qeyd edib:

"Bunun üçün ölkəmizin enerji təhlükəsizliyi, post-covid iqtisadi inkişaf, texnologiyarın geniş tətbiqi istiqamətində region ölkələri və Avropa Birliyi ilə əməkdaşlıqda geniş imkanlarının olmasını vurğuladım. İrəvanda ilk dəfə olduğumu və Azərbaycan numayəndə heyətinin bu səfərinin ölkəmizin dayanıqlı sülhdə xoş niyyətinin növbəti bir göstəricisi kimi qəbul edilməli olduğunu bildirdim. Ümumilikdə, görüş müsbət atmosferdə keçdi".

Qeyd edək ki, deputatlar Tahir Mirkişili və Soltan Məmmədov AVRONEST Parlament Assambleyasının komitə iclasında iştirak etmək üçün İrəvandə səfərdədir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin