“Artsax” terror təşkilatı elan ediləcək? – Tofiq Zülfüqarovdan MÜSBƏT RƏY

Hazırda oxunan: “Artsax” terror təşkilatı elan ediləcək? – Tofiq Zülfüqarovdan MÜSBƏT RƏY

61178

Ağ Partiya başqanı Tural Abbaslı qatıldığı canlı yayımlardan birində “Artsax”ın Milli Məclis tərəfindən terrorçu rejim kimi elan edilməsi təklifi ilə çıxış edib. Maraqlıdır ki, partiya liderinin bu təklifi ictimaiyyət tərəfindən də müsbət qarşılanıb.

Bəs, sözügedən addımın atılması nə qədər realdır?

Mövzunu Bizim.Media üçün şərh edən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov məsələnin aktuallığına diqqət çəkib:
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistanın prezidenti də xaricdə yaşamaq üçün yer axtarır - Tofiq Zülfüqarovdan Qərbin yardımlarına ŞƏRH


“Hesab edirəm ki, bu çox aktual bir addım olacaq. Çünki qondarma rejim terror fəaliyyəti ilə məşğuldur. Bizdə olan məlumatlara görə, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərdə yaşayan əhalinin bir qismi Azərbaycanın tərkibində, bizim qanunvericiliyə uyğun şəkildə yaşamağa hazırdılar. Lakin onları güc tətbiq etməklə separatist qanunsuz quruma tabe olmağa məcbur edirlər. Yerli erməniləri güclə silahlı birləşmələrə cəlb etməyə çalışır, onlara silah paylayırlar. 

Bunlar terror əməlləridir və bunu edənlərə qarşı sözügedən addımı atmaq faydalı olacaq. Yaddan çıxartmayaq ki, qondarma qurumun rəhbərliyində terrorçular, müharibə qanunlarını pozan arayikkimilər dayanır. Onlar da qanun qarşısında cavab verməlidirlər”.

Tofiq Zülfüqarov Azərbaycan parlamentinin qondarma rejimi terror təşkilatı elan edəcəyi təqdirdə, beynəlxalq arenadan gələcək reaksiyanı da şərh edib:

“Hesab edirəm ki, biz bu mövzunu təbliğat baxımından doğru şəkildə təqdim etsək, mövqeyimizi başa düşəcəklər. Nümunə üçün Türkiyə təcrübəsinə nəzər sala bilərik. Türkiyədə PKK terrorçu təşkilatı ölkə qanunlarına zidd fəaliyyətlə məşğuldur. Lakin kürd əsilli əhalinin böyük qismi Türkiyənin ən layiqli vətəndaşlarıdırlar. Biz də məsələni bu şəkildə qoymalıyıq ki, bizim mübarizəmiz sadə ermənilərlə yox, terrorçularladır”.

Murad Əhmədov, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin