“Hazırda Azərbaycanın sərhədləri bərpa olunur, öz ərazimizi öz əsgərimiz qoruyur”.
Bu fikirləri Bizim.Media-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev səsləndirib.
Onun sözlərinə görə, sərhədlərimizdə Azərbaycan əsgərindən başqa kimsə yoxdur, amma əvvəl Azərbaycan-Ermənistan sərhədindən söhbət getmirdi:
“Xüsusilə də Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan və Cəbrayıl istiqamətində bir nəfər də olsun əsgərimiz durmurdu. Əhəmiyyət bundan ibarətdir ki, artıq öz silahlı qüvvələrimiz öz sərhədlərimizi qoruyur”.
Hərbi ekspert əlavə edib ki, Qubadlı-Zəngilan istiqamətində ərazilərimizin geri qaytarılması bəyanatda göstərilmirdi, deyilirdi ki, qoşunlar olduqları mövqelərdə qalırlar:
“Bilirik ki, vaxt Zəngilan və Qubadlıda Ermənistanla sərhədləri bərpa etməyimizə imkan vermədi, çünki xüsusi qüvvələrin əksəriyyəti Şuşa tərəfə istiqamətləndi və Şuşa alındıqdan sonra isə atəşkəs elan olundu”.
Hərbi ekspert vurğulayıb ki, razılaşmaya görə qoşunlar yerində qalmalı idi:
''Buna görə də Zəngilan-Qubadlı xəttini bərpa etməyi çatdırmadıq. Bəyanatda həmin ərazilərin adı çəkilməsə də, hazırda həmin ərazilərin azad edildiyini görürük. Hətta 1990-cı ildə Sovetlər dövründə Ermənistanla Azərbaycan arasındakı sərhəd xətti haradan keçibsə, Qubadlı-Zəngilan istiqamətində də bu sərhədlər bərpa olundu''.
''Bunu biz eynən Kəlbəcərdə Söyüdlü mədənində gördük. Burada söhbət nədən gedir, bizim gözümüzün önündə olan bir bəyanat var, bəyanatın altında isə, daha geniş həcmli, əhatəli bir sənəd var''.
Hərbi ekspert Ədalət Verdiyevin sözlərinə görə, imzalanan bəyanat ilkin sülh sazişi üçün bir vasitədir.
“Yəni bu şərtlərə əməl olunarsa, gələcəkdə hər iki ölkə arasında barışıq mümkündür. Bu səbəbdən də sənədin görünməyən tərəfləri müşahidə olunmaqdadır”, - deyə ekspert fikrini tamamlayıb.
Anar Rəhimov, Bizim.Media
- A-
- A
- A+
Siyasət
11:47 / 23.12.2020
Üçtərəfli bəyanatın görünməyən tərəfləri üzə çıxdı – Ekspertdən açıqlama
Hazırda oxunan: Üçtərəfli bəyanatın görünməyən tərəfləri üzə çıxdı – Ekspertdən açıqlama
Hazırda oxunan: Üçtərəfli bəyanatın görünməyən tərəfləri üzə çıxdı – Ekspertdən açıqlama
6070
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.