Vəzifəsini itirən Naxçıvan Ombudsmanı kimdir?

Hazırda oxunan: Vəzifəsini itirən Naxçıvan Ombudsmanı kimdir?

606384

Bu gün Naxçıvan Muxtar Respublikasında Ombudsman təsisatı ləğv edilib.

Bizim.Media xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisində bu barədə qərar qəbul olunub.

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının müvafiq maddələrindən İnsan hüquqları üzrə müvəkkili ilə bağlı müddəalar çıxarılıb.
 

Həmin təsissat 30 dekabr 2005-ci ildə həmin Konstitusiyaya daxil edilmişdi. Ali Məclisin 20 fevral 2006-cı il tarixli üçüncü çağırış ikinci sessiyasında "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası qanunu qəbul olunub.


İlk müvəkkili Ülkər Bayramova 11 iyul 2006-cı ildə, ikinci dəfə 28 dekabr 2013-cü ildə bu vəzifəyə seçilib.

Hazırkı Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Günay Rzayeva 16 iyul 2022-ci il tarixdə keçirilən altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasından etibarən bu vəzifəni icra edirdi. (Yenisabah.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin