Bakıda Ermənistan nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilir – FOTO/VİDEO

Hazırda oxunan: Bakıda Ermənistan nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilir – FOTO/VİDEO

606364

Azərbaycan və Ermənistan nümayəndələrinin iştirakı ilə növbəti ikitərəfli dəyirmi masa keçirilir.

Bizim.Media xəbər verir ki, 10–12 aprel tarixlərində Azərbaycanda “Sülh Körpüsü” Təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə növbəti ikitərəfli dəyirmi masa keçirilir.

“Sülh Körpüsü” Təşəbbüsü Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri arasında dialoqu və birbaşa əlaqələri təşviq etməyə davam edir.

Bu dəfə erməni nümayəndə heyəti Azərbaycana quru sərhədi vasitəsilə daxil olub, delimitasiya və demarkasiya olunmuş sahədən keçərək bütün müvafiq sərhəd və pasport nəzarəti prosedurlarından keçib.
 

Vətəndaş cəmiyyəti nümayəndələri arasında dialoq 2025-ci il 8 avqust tarixində Vaşinqton şəhərində Azərbaycan, Ermənistan və ABŞ liderlərinin iştirakı ilə keçirilmiş üçtərəfli sammitdə təsdiqlənmiş ikitərəfli sülh gündəliyi çərçivəsində aparılır.


Görüşün gündəliyinə sülh prosesinin hazırkı vəziyyəti, “Sülh Körpüsü” Təşəbbüsü iştirakçılarının öz ölkələrində həyata keçirdikləri fəaliyyətlər və əldə olunan nəticələr, həmçinin regiondakı vəziyyətin müzakirəsi daxildir.

Müzakirə sessiyaları isə cəmiyyət səviyyəsində sülhün təşviqi və sülh prosesinin növbəti mərhələlərində etimadın artırılması məsələlərinə həsr olunacaq.









Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin