Paşinyan: “Azərbaycanla dəmir yolu əlaqəsi regional ticarətin inkişafına təkan verir”

Hazırda oxunan: Paşinyan: “Azərbaycanla dəmir yolu əlaqəsi regional ticarətin inkişafına təkan verir”

606200

Regionda baş verən proseslər Ermənistan və Qazaxıstan arasındakı əməkdaşlığa müsbət təsir göstərir.

Bizim.Media Ermənistan KİV-nə istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayevlə görüşündə bildirib.
 

"Yüksək səviyyəli ikitərəfli qarşılıqlı səfərlər Ermənistan və Qazaxıstan arasında çoxplanlı əməkdaşlığın inkişafını stimullaşdırır. Regionda baş verən proseslər Ermənistan və Qazaxıstan arasındakı əməkdaşlığa da müsbət təsir göstərir, xüsusən də Azərbaycan, Rusiya və Gürcüstan vasitəsilə qurulmuş dəmir yolu əlaqəsi ticari-iqtisadi əlaqələrin genişlənməsinə yeni təkan verir", - Baş nazir qeyd edib.


Qazaxıstanın xarici işlər naziri qurulmuş dəmir yolu əlaqəsinin ikitərəfli ticari-iqtisadi əlaqələri əhəmiyyətli dərəcədə genişləndirəcəyinə əminliyini ifadə edib.

Bununla yanaşı, Y.Koşerbayev regional kommunikasiya yollarının blokdan çıxarılmasının vacibliyini vurğulayıb və Qazaxıstanın TRIPP-ə ("Tramp marşrutu") dəstəyini təsdiq edib:

"Qazaxıstan da bu layihənin həyata keçirilməsinə və regional ticari-iqtisadi əlaqələrin genişləndirilməsinə maraq göstərir".

Paşinyan və Koşerbayev həmçinin infrastruktur, tikinti, kənd təsərrüfatı, texnologiyalar, aviasiya əlaqəsi və turizm sahələrində əməkdaşlığın inkişafına dair məsələləri müzakirə ediblər. Bu kontekstdə, Ermənistan və Qazaxıstan arasında yaxın vaxtlarda başlayacaq birbaşa aviareyslərin həyata keçirilməsinin vacibliyi qeyd edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin