Bu gün keçiriləcək “Marsel”-“Qarabağ” qarşılaşması haqqında Fransa mətbuatı xeyli yazı tirajlayıb. Bu oyun Marseldəki Fransanın ən böyük erməni diasporunu da təşvişə salıb.
Bizim.Media xəbər verir ki, bu haqda Fransanın Tv5Monde televizya kanalı, mühafizəkar, sağ qanad xətli Le Figaro qəzeti yazır.
“Marsel-Qarabağ oyunu ermənilər üçün “acı” oyundur. Azərbaycanın Ermənistana daddırdığı acı məğlubiyyətdən on beş ay sonra Avropa Liqası Konfransında Velodrom stadionunda Marsel və Qarabağ komandaları arasında keçirələcək oyun Marseldəki erməni diasporu üçün çox çətin olacaq”.
MÖVZU İLƏ BAĞLI:
UEFA sorğu keçirir – “Marsel” yoxsa “Qarabağ”?
Marseldəki erməni diasporunun böyük bir hissəsinin məskunlaşdığı Beaumont rayonundakı La Rotonde barının rəhbəri Rocer Vartan:
“Biz onları 5:0 hesabı ilə darmadağın edəcəyik”, - deyib. Hətta şərhlərində komandamızın, “Qarabağ”ın adını belə çəkməyə ürəkləri gəlmir. Bu cür xəbərlərin yayılması isə çarəsiz ermənilərin bu oyuna görə nə qədər acı çəkdiklərini göz önünə sərgiləyir.
Müsahibə verən ermənilər üçün bu görüş sadə idman məsələsindən kənara çıxır. Azərbaycanın tamamilə humanist dəyərlər və sağlam rəqabət sferasından yanaşdığı oyuna, Fransada yaşayan ermənilər və bir qisim ermənipərəst fransızlar qərəzli baxırlar.
Mia Quliyeva, Bizim.Media