Ukraynanın xarici işlər naziri Ceyhun Bayramova ZƏNG ETDİ

Hazırda oxunan: Ukraynanın xarici işlər naziri Ceyhun Bayramova ZƏNG ETDİ

605953

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Azərbaycan xarici işlər naziri Ceyhun Bayramova zəng edib.

Bizim.Media xəbər verir ki, ukraynalı nazir bu barədə “X” sosial şəbəkə hesabında məlumat paylaşıb.
 

“Azərbaycanlı həmkarım Ceyhun Bayramov ilə telefon danışığım oldu. İkitərəfli münasibətlərin mövcud vəziyyətini və gələcək inkişafını müzakirə etdik, ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsinə sadiqliyimizi bir daha təsdiqlədik.


Həmçinin təhlükəsizlik məsələləri, konektivlik, nəqliyyat marşrutlarının və dəhlizlərinin inkişafı daxil olmaqla beynəlxalq gündəmdə olan geniş məsələlər üzrə fikir mübadiləsi apardıq”, - Sibiqa qeyd edib. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin