İlqar Məmmədovun parlamentdən “qaçmasına” REAL-dan REAKSİYA – Natiq Cəfərli namizəd olacaqmı?

Hazırda oxunan: İlqar Məmmədovun parlamentdən “qaçmasına” REAL-dan REAKSİYA – Natiq Cəfərli namizəd olacaqmı?

60573

Respublikaçı Alternativ Partiyasının (REAL) sədri İlqar Məmmədov parlamentdə boş qalan yerlərə seçkilərin keçiriləcəyi təqdirdə heç bir dairədən namizədliyini irəli sürməyəcəyini açıqlayıb.

Belə ki, sosial şəbəkə hesabından paylaşdığı videomüraciətdə mövzu ilə bağlı atacağı addımları bəyan edən partiya sədri digər REAL üzvlərinin seçkidə iştirakını məqbul sayıb.

İlqar Məmmədovun bu fikirlərini REAL-ın icra katibi Natiq Cəfərli ilə müzakirə etdik.

Natiq Cəfərli Bizim.Media-ya açıqlamasında ilk olaraq İlqar Məmmədovun namizədliyini irəli sürməməsinin səbəblərinə aydınlıq gətirib:
 

MÖVZU İLƏ BAĞLI:

REAL parlamentdə boş qalan yerlərə iddiasını ortaya qoydu - İlqar Məmmədovdan AÇIQLAMA


“2020-ci ildə parlament seçkiləri elan olunarkən də İlqar Məmmədovun bənzər açıqlaması olmuşdu. İndi boş qalan yerlərlə bağlı seçkilər keçiriləcək. Etiraf edək ki, bütün ölkə miqyasında seçki kampaniyası aparmaq da mümkünsüzdür. Parlament seçkilərinin indiki formatında İlqar Məmmədovun iştirakı doğru olmazdı. Ona görə də, boş qalan yerlərə onun namizədliyini irəli sürməsi də doğru olmaz. Amma partiya olaraq iştirak edəcəyik. Ya bütün boş qalan dairələrdə, ya da qazanmaq şansımızın çox olacağı bir neçə dairədə iştirak edəcəyik. 

Amma ola bilər ki, yaxın gələcəkdə Konstitusiyaya dəyişikliklər olsun və proposional seçkiyə keçid olarsa, o zaman İlqar Məmmədov namizədliyini irəli sürə bilər”.

REAL-ın icra katibi özünü namizədliyi ilə bağlı sualı da cavablandırıb:

“Bununla bağlı hələlik konkret fikrim yoxdur. Amma idarə heyəti və məclisin toplantılarında bu məsələləri müzakirə edirik. Əgər seçkilər elan ediləcəksə, ola bilər ki iştirak edim, lakin qəti qərarım yoxdur”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin