Hikmət Hacıyevdən Gəncə ilə bağlı paylaşım – VİDEO

Hazırda oxunan: Hikmət Hacıyevdən Gəncə ilə bağlı paylaşım – VİDEO

605556

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının (PA) xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X"dəki hesabında Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində "AnewZ" telekanalının Gəncə haqqında hazırlanmış süjetini paylaşıb.

Bizim.Media xəbər verir ki, videoda Gəncə Azərbaycanın zəngin tarixi-mədəni irsə malik ən qədim şəhərlərindən biri kimi təqdim olunur.

Qeyd olunur ki, şəhər görkəmli Azərbaycan şairi Nizami Gəncəvinin yurdudur, elm, təhsil və ədəbiyyatın inkişafında mühüm rol oynayıb.

Gəncənin əsrlər boyu İpək Yolu üzərində mühüm mərkəz olduğu, bilik mübadiləsinə və multikultural mühitin inkişafına töhfə verdiyi vurğulanır.

Bundan əlavə, videoda 1918-ci ildə Gəncənin Şərqdə ilk parlamentli demokratik respublikanın paytaxtı olduğu qeyd edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin