Bu gün Azərbaycanın Rxarici işlər naziri Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı baş tutub.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Bizim.Media-ya verilən xəbərə görə, nazirlər ikitərəfli əməkdaşlıq gündəliyinin aktual məsələlərini müzakirə ediblər.
Cari ildə iki dövlət arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunacağını nəzərə alaraq, tərəflər bu xüsusda təşkil ediləcək tədbirlərə dair fikir mübadiləsi aparıblar.
MÖVZU İLƏ BAĞLI:
Ceyhun Bayramovla Çavuşoğlu arasında TELEFON DANIŞIĞI
XİN rəhbərləri regiondakı vəziyyəti, o cümlədən üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər.
Tərəflər, həmçinin Ukrayna ətrafındakı mövcud vəziyyətə dair fikir mübadiləsi aparıblar.
Telefon danışığı zamanı Azərbaycanın ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunda sədrliyi çərçivəsində əməkdaşlıq müzakirə mövzusu təşkil edib.
Bizim.Media