Prezident Gürcüstan səfirliyində - Başsağlığı verdi – FOTO

Hazırda oxunan: Prezident Gürcüstan səfirliyində - Başsağlığı verdi – FOTO

603583

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 27-də Gürcüstanın ölkəmizdəki səfirliyində olub, bütün Gürcüstanın Katalikos-Patriarxı II İlya həzrətlərinin vəfatı ilə əlaqədar başsağlığı verib.

Bizim.Media xəbər verir ki, Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze dövlət başçısını qarşılayıb.

Prezident İlham Əliyev matəm kitabına ürək sözlərini yazıb.

Sonra dövlət başçısı səfirlə söhbət edib.

Prezident İlham Əliyev bütün Gürcüstanın Katalikos-Patriarxı II İlya həzrətlərinin həyatını və fəaliyyətini nəcib amallara və dinlərarası dialoqun təşviqinə həsr etdiyini deyərək, onun xatirəsinin ölkəmizdə daim ehtiramla xatırlanacağını vurğulayıb.
 

Dövlət başçısı Azərbaycan-Gürcüstan ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında II İlya həzrətlərinin roluna toxunub.


Zurab Pataradze səfirliyə gələrək başsağlığı verdiyinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.












Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin