Hikmət Hacıyev Ərdoğanın baş müşaviri ilə GÖRÜŞDÜ: Nələr müzakirə edildi? - FOTO

Hazırda oxunan: Hikmət Hacıyev Ərdoğanın baş müşaviri ilə GÖRÜŞDÜ: Nələr müzakirə edildi? - FOTO

603575

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının (PA) xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Budapeştdə Türkiyə Prezidentinin baş müşaviri Akif Şağatay Kılıçla görüşüb.

Bizim.Media xəbər verir ki, o bu barədə özünün "X" sosial media hesabında yazıb.

"Budapeştdə Türkiyə Prezidentinin baş müşaviri Akif Çağatay Kılıçla səmərəli görüşümüz oldu.

Azərbaycan-Türkiyə qardaşlığı və strateji müttəfiqliyi əsasında Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın daha da gücləndirilməsi, eləcə də regional təhlükəsizlik və bağlantılar məsələləri ətrafında fikir mübadiləsi apardıq. Mövcud qlobal çağırışlar fonunda Türk dünyasında birlik və həmrəyliyin daha da gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir", - H.Hacıyev qeyd edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin