Hikmət Hacıyev Macarıstanda mühüm görüş keçirdi – FOTO

Hazırda oxunan: Hikmət Hacıyev Macarıstanda mühüm görüş keçirdi – FOTO

603557

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının (PA) xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Budapeştdə Macarıstanın Baş nazirinin Milli Təhlükəsizlik üzrə baş məsləhətçisi Marsell Biro ilə görüşüb.

Bizim.Media xəbər verir ki, H. Hacıyev bu barədə "X" sosial media hesabında paylaşım edib.

Prezidentin köməkçisi görüşün məhsuldar keçdiyini bildirib.

"Görüş Macarıstanın təşəbbüsü ilə, Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin dövlət və hökumət başçılarının diplomatik köməkçilərinin toplantısı çərçivəsində baş tutub.
Azərbaycanla Macarıstan arasındakı strateji tərəfdaşlıq bütün sahələr üzrə uğurla inkişaf etməkdə davam edir.
 

Macarıstanın milli maraqlara əsaslanan müstəqil siyasəti, habelə ortaq tarixi, etnik və mədəni bağlara söykənən türk dünyası ilə sıx əlaqələri və TDT çərçivəsindəki fəaliyyəti yüksək qiymətləndirilir", - H. Hacıyev vurğulayıb.


PA-nın xarici siyasət məsələləri şöbəsinin müdirinin sözlərinə görə, mövcud qlobal turbulentlik şəraitində türk dünyasının birliyi və həmrəyliyi xüsusi əhəmiyyət kəsb edir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin