Ceyhun Bayramov isveçli həmkarı ilə görüş keçirdi

Hazırda oxunan: Ceyhun Bayramov isveçli həmkarı ilə görüş keçirdi

6028

Dekabrın 22-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İsveç Krallığının xarici işlər naziri Ann Linde arasında video konfrans formatında görüş baş tutub.

Azərbaycanın Xarici İşlər Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, görüşdə bölgədə mövcud olan son vəziyyət və 10 noyabr tarixli üçtərəfli bəyanatdan irəli gələn bir-sıra məsələlərin icrası ətrafında fikir mübadiləsi aparıldı.

Nazirlər, 2021-ci ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) İsveçin sədrliyini nəzərə alaraq, ATƏT-lə Azərbaycan arasında əməkdaşlıq məsələlərini müzakirə etdilər.

Görüşdə, habelə ikitərəfli əməkdaşlıq münasibətləri, eləcə də qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ərtafında fikir mübadiləsi aparıldı. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin