Qəzaya uğrayan AZAL təyyarəsinin istintaqı ilə bağlı RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Qəzaya uğrayan AZAL təyyarəsinin istintaqı ilə bağlı RƏSMİ AÇIQLAMA

602600

Qazaxıstan 2024-cü ilin dekabrında AZAL təyyarəsinin Aktauda qəzaya uğramasının səbəblərinin texniki baxımdan araşdırılması üçün zəruri olan bütün ekspertiza nəticələrini avadanlıq istehsalçılarından alıb.

Bizim.Media xəbər verir ki, bu barədə jurnalistlərə Qazaxıstan Baş nazirinin müavini Kanat Bozumbayev bildirib.

Onun sözlərinə görə, texniki komissiyanın işinin nəticələri təyyarə qəzası ilə bağlı bütün suallara aydınlıq gətirəcək: 
 

"Nə vaxt vurulub? Niyə düşüb? Səbəbi nədir? Bütün bunlar beynəlxalq təşkilatın reqlamentinə uyğun olaraq rəsmi hesabatda addım-addım təsvir ediləcək.
Araşdırma davam edir. Avadanlıq istehsalçılarından, yəni GPS-trekerləri, naviqasiya avadanlıqları, hava gəmisi istehsalçısından bütün zəruri ekspertizalar alınıb. Hazırda araşdırmalara yekunlar vurulur, nəticələr komissiyanın iştirakçıları ilə razılaşdırılacaq".


Bozumbayev bildirib ki, komissiyanın tərkibinə Azərbaycan, Qazaxıstan və Rusiya nümayəndələri, həmçinin istehsalçı şirkətin mütəxəssisləri və beynəlxalq aviasiya təşkilatlarının ekspertləri daxildir. Beynəlxalq standartlara uyğun olaraq, istintaqın texniki hissəsi üzrə yekun nəticələrin yaxın aylarda təqdim edilməsi planlaşdırılır.

Xatırladaq ki, 25 dekabr 2024-cü ildə Aktau yaxınlığında “Azərbaycan Hava Yolları”na məxsus Embraer 190 təyyarəsi qəzaya uğrayıb.

Təyyarə Bakı — Qroznı reysini yerinə yetirirdi. Göyərtədə Azərbaycan, Rusiya, Qazaxıstan və Qırğızıstan vətəndaşları olmaqla ümumilikdə 67 nəfər olub.

Qəza nəticəsində 38 nəfər həyatını itirib, 29 nəfər sağ qalıb. İlkin məlumata görə, Qroznıda enişə yaxınlaşarkən təyyarə hava hücumundan müdafiə vasitələrinin təsirinə məruz qala bilərdi.
2025-ci il fevralın 4-də Qazaxıstan Respublikasının Nəqliyyat Nazirliyi aviasiya hadisəsi ilə bağlı ilkin hesabatı yayımlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin