Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə regionda baş verən gərginliklə bağlı tərəfləri dialoqa çağırıb.
Bizim.Media xəbər verir ki, QMİ sədri bu barədə Ramazan bayramı namazından sonra jurnalistlərə açıqlamasında danışıb.
O bildirib ki, prosesdə xalqlar əziyyət çəkir:
"Regionda baş verən gərginliklərlə əlaqədar çağırışım odur ki, raketlər yerini qələmlərə, qarşıdurma isə diplomatiya dilinə verməlidir. Düşünürəm ki, müəyyən razılığa gələcəklər, amma o vaxta qədər insanlar əziyyət çəkəcək. Çağırışım odur ki, müharibəni bitirib danışıqlar masasına otursunlar. Tərəflər bir-biri ilə danışaraq ortaq məxrəcə gəlməyə çalışmalıdır. Çünki bu cür qarşıdurmaların sonu yoxdur. Nə qədər tez dialoqa başlansa, bir o qədər yaxşı nəticə əldə etmək mümkün olacaq".
Bizim.Media

- A-
- A
- A+
Siyasət
09:41 / 20.03.2026
Allahşükür Paşazadədən Yaxın Şərqdəki savaşla bağlı ÇAĞIRIŞ
Hazırda oxunan: Allahşükür Paşazadədən Yaxın Şərqdəki savaşla bağlı ÇAĞIRIŞ
Hazırda oxunan: Allahşükür Paşazadədən Yaxın Şərqdəki savaşla bağlı ÇAĞIRIŞ
602560
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































