Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində Azərbaycan da daxil olmaqla, 12 ölkənin xarici işlər nazirləri və nümayəndələrinin iştirakı ilə məşvərət toplantısı keçirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, toplantıya Azərbaycan, Bəhreyn, Misir, İordaniya Küveyt, Livan, Pakistan, Qətər, Səudiyyə Ərəbistanı, Suriya, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinin rəsmi şəxsləri qatılıblar.
Qeyd olunub ki, iclasda İranın region ölkələrinə hücumları müzakirə olunub, həmin hücumlar kəskin şəkildə pislənilib.
Hücumların dayandırılması eskalasiyanın sona çatması, regionda təhlükəsizlik və sabitliyin bərqərar olması, habelə böhranların həlli yolu kimi diplomatiyanın aktivləşdirilməsi üçün ilk addım kimi qiymətləndirilib.
Qeyd edək ki, Azərbaycanın XİN başçısı Ceyhun Bayramov da sözügedən iclasda iştirak edib.

Bizim.Media

- A-
- A
- A+
Siyasət
08:49 / 19.03.2026
12 ölkənin rəsmiləri Ər-Riyadda – FOTO
Hazırda oxunan: 12 ölkənin rəsmiləri Ər-Riyadda – FOTO
Hazırda oxunan: 12 ölkənin rəsmiləri Ər-Riyadda – FOTO
602351
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































