Hikmət Hacıyev Makronun müşaviri ilə ikitərəfli münasibətləri müzakirə edib - FOTO

Hazırda oxunan: Hikmət Hacıyev Makronun müşaviri ilə ikitərəfli münasibətləri müzakirə edib - FOTO

602296

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının (PA) xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Fransa Prezidenti Emmanuel Makronun diplomatik müşaviri Emmanuel Bonne və digər fransalı həmkarlarla görüşüb.

Bizim.Media xəbər verir ki, Hikmət Hacıyev bu barədə özünün "X" hesabında paylaşım edib.

“Prezident İlham Əliyev ilə Prezident Emmanuel Makron arasında baş tutan telefon danışığından sonra mən Parisdə Prezidentin diplomatik müşaviri Emmanuel Bonn və digər fransalı həmkarlarla səmərəli görüş keçirdim. Biz ikitərəfli münasibətlər, eləcə də qarşılıqlı maraq doğuran regional və qlobal məsələlər üzrə fikir mübadiləsi apardıq”, - Prezidentin köməkçisi qeyd edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin