Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycan Prezidenti İlham Əliyevin ailəsini şantaj edən şəxsi saxlayıb.
Bununla bağlı İctimai Televiziyanın hazırladığı videomaterialda bir sıra məsələlərə aydınlıq gəlib. Aydın olub ki, Mehman Hüseynov Azərbaycanın siyasi hakimiyyətinə qarşı qurulmuş çirkin və məkrli oyunun bir parçasıdır. Ölkə başçısının ailəsini hədəfə almaqla ictimai rəydə müəyyən dəyişiklik etməyə cəhd edən qüvvələr son nəticədə Azərbaycanda hakimiyyət dəyişikliyinə nail olmağa çalışıblar.
Plan hansı qüvvələr tərəfindən hazırlanıb?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, dövlət başçısının ailəsinə qarşı bu cür çirkin hücumun sifarişçiləri xaricdədir:
“Azərbaycanın geopolitik rəqibləri bu cür çirkin yoldan istifadə edir. Məlumdur ki, adi bir blogerin bu cür feyk məlumatlar yayması təsadüf ola bilməz. Təbii ki, bu məsələdə hansısa sifarişçi var.
Düşünürəm ki, bu cür əməllərin arxasında böyük ehtimalla Rusiya dayanır.
Azərbaycanla Rusiya arasında bir ildən çoxdur ki, gərginlik yaşanır. Mən istisna etmirəm ki, bu gərginlik fonunda Rusiyanın hansısa dairələri bu cür qarayaxma kampaniyasından istifadə edir. Əslində bu cür foto-videoları yayanlar özləri də etiraf edirlər ki, bu materialları onlara kimlərsə verib.
Həmin kəşfiyyat orqanlarının da bu məsələdə konkret maraqları var. Mən də təcrübəyə əsasən deyirəm ki, siyasi qarşıdurmada bu cür çirkin üslubdan hər zaman istifadə edilib. Bu metodu dünyanın əksər dövlətlərində siyasi rəqiblər bir-birinə qarşı tətbiq edib. Bununla bağlı kifayət qədər fakt göstərmək olar”.
Sabiq nazir əlavə edib ki, qadın üzərindən qurulan çirkin mübarizə oyunu etik baxımından qəbuledilməzdir:
“Təəssüf ki, dünyada belə çirkin mübarizə üsulları var. Bu gün də belə “mübarizə üsulu” gündəmdədir. Çox zaman bu yolda reallığı əks etdirməyən kompramatdan da istifadə edilir. Necə ki, biz də son zamanlar belə bir əsilsiz kompramatla üz-üzəyik”.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
13:10 / 18.03.2026
Tofiq Zülfüqarov söyüş blogerlərini İFŞA ETDİ
Hazırda oxunan: Tofiq Zülfüqarov söyüş blogerlərini İFŞA ETDİ
Hazırda oxunan: Tofiq Zülfüqarov söyüş blogerlərini İFŞA ETDİ
602218
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































