"İran azad olunan ərazilərimizdə su və elektrik sahəsini bərpa etməyə hazırdır"

Hazırda oxunan: "İran azad olunan ərazilərimizdə su və elektrik sahəsini bərpa etməyə hazırdır"

6011

"İran Azərbaycanın işğaldan azad olunan ərazilərində su və elektrik sahəsini bərpa etməyə hazırdır".

Bizim.Media bildirir ki, bunu İranın energetika naziri Rza Ərdəkanian Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayevlə görüşdən sonra jurnalistlərə açıqlamasında deyib.

R.Ərdəkanian bildirib ki, bu istiqamətdə çoxlu sayda İran şirkəti əməkdaşlıq etməyə hazırdır.

O bildirib ki, iki ölkə arasında enerji mübadiləsinin müddətinin uzadılması haqda danışıqlar aparılıb: “Azərbaycan və İran dünyada sərhəd çaylarının birgə istismarında uzun keçmişə sahib ölkələrdəndir. Xudafərin və Qız Qalası su hidroqovşaqlarının istismarı haqda müzakirələr aparılır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin