“Boru kəməri ilə ixrac edilən qazın həcminə və coğrafi əhatəyə görə Azərbaycan dünyada bir nömrəli ölkədir”.
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyev XIII Qlobal Bakı Forumunun AÇILIŞ MƏRASİMİNDƏ - FOTO
Bizim.Media xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında deyib.
Dövlətimizin başçısı bildirib ki, hazırda ixracın həcmi artır və bu, belə də davam edəcək:
“Bu, bir çox ölkələr üçün enerji təhlükəsizliyinin mühüm amilidir. Beynəlxalq bazarlara, ümumiyyətlə, təchizatçı kimi Azərbaycan enerji təhlükəsizliyinə öz töhfəsini davam etdirəcək”.
Bizim.Media





























































































