“Ermənistanla ticarətə başlamışıq, əminəm ki, sülh davam edəcək” - İlham Əliyev

Hazırda oxunan: “Ermənistanla ticarətə başlamışıq, əminəm ki, sülh davam edəcək” - İlham Əliyev

600966

“Biz cəmi yeddi aydır sülh şəraitində yaşayırıq”.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə mətbuata bəyanatında bildirib.

“Müstəqillik 1991-ci ildə əldə olunub və yalnız son yeddi ay ərzində sülh dövrü yaşanır. Mən əminəm ki, sülh davam edəcək.

Biz artıq ticarətə başlamışıq və Ermənistana mühüm neft məhsullarının tədarükünə start vermişik. Bu isə bir daha güclü siyasi iradəmizin nümayişidir. Düşünürəm ki, bu, hər iki tərəfin sağlam münasibətlər qurmaq və sülhə sadiq qalmaq niyyətinin ən yaxşı göstəricisidir. Buna görə də gündəliyimizin əsas mövzusu regionda təhlükəsizlik məsələlərinin müzakirəsidir”, - dövlət başçısı vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin