“Əminəm ki, bu səfər ikitərəfli əlaqələrimizin gələcək inkişafında mühüm rol oynayacaq”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə mətbuata bəyanatında bildirib.
“Keçən il bir neçə dəfə iqtisadi göstəricilərə baxdım və bu ilin yanvarında ticarətimizin 50 faizi Avropa İttifaqı ilə həyata keçirilib. Bu isə göstərir ki, bizim üçün Avropa İttifaqı bir nömrəli ticarət tərəfdaşıdır.
Əminəm ki, yeni layihələr, investisiya imkanları və hər iki istiqamətdə investisiyaların artması ilə biz bu sahədə daha fəal fəaliyyət göstərəcəyik”, - dövlət başçısı vurğulayıb.
Bizim.Media





























































































