Azərbaycandan zəlzələ ilə bağlı Gürcüstana YARDIM TƏKLİFİ

Hazırda oxunan: Azərbaycandan zəlzələ ilə bağlı Gürcüstana YARDIM TƏKLİFİ

60096

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Gürcüstan xarici işlər naziri David Zalkaliani arasında telefon danışığı baş tutub.

Bu barədə Bizim.Media-ya Xarici İşlər Nazirliyindən məlumat verilib.

C.Bayramov dünən Gürcüstan ərazisində baş vermiş zəlzələ ilə bağlı gürcü həmkarından ölkədə mövcud olan vəziyyəti sorğu edib. Azərbaycanın ehtiyac duyulduğu təqdirdə hər zaman dost Gürcüstana yardım etməyə hazır olduğunu ifadə edib.

D.Zalkaliani zəlzələnin ciddi fəsadlar doğurmadığını söyləyib və nümayiş etdirilən həmrəyliyə görə azərbaycanlı həmkarına təşəkkürünü bildirib.

Nazirlər inkişaf etməkdə olan ikitərəfli münasibətlərin aktual mövzularını, habelə regional məsələləri müzakirə ediblər.

Tərəflər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşıdan gələn aylarda keçiriləcək tədbirlər üzrə fikir mübadiləsi aparıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin