Portuqaliya XİN: “Naxçıvana dron hücumu qəbuledilməzdir”

Hazırda oxunan: Portuqaliya XİN: “Naxçıvana dron hücumu qəbuledilməzdir”

600543

Portuqaliyanın xarici işlər naziri Paulo Rangel Azərbaycan xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, telefon danışığı zamanı tərəflər regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Nazirlər Yaxın Şərqdə müharibə fonunda regional təhlükəsizlik üçün yaranan riskləri nəzərdən keçiriblər. Bu çərçivədə, İran ərazisindən Azərbaycanın Naxçıvan Muxtar Respublikasına qarşı həyata keçirilmiş dron hücumunun qəbuledilməz olduğu vurğulanıb və pislənib.
 

Telefon danışığı zamanı Azərbaycan və Portuqaliya arasında ikitərəfli münasibətlərin cari vəziyyəti və inkişaf perspektivləri, o cümlədən siyasi dialoq, iqtisadi əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.


Nazirlər qarşılıqlı təmasların davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin