Türkiyəyə raket hücumuna Azərbaycan MN-dən SƏRT REAKSİYA

Hazırda oxunan: Türkiyəyə raket hücumuna Azərbaycan MN-dən SƏRT REAKSİYA

600536

Azərbaycan Müdafiə Nazirliyi Türkiyə Respublikasının ərazisinə qarşı raket hücumu ilə bağlı bəyanat yayıb.

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
 

MÖVZU İLƏ BAĞLI:

SON DƏQİQƏ! İrandan Türkiyəyə növbəti raket hücumu - VİDEO


"Türkiyə Respublikasının ərazisinə qarşı həyata keçirilmiş və Qaziantep üzərində zərərsizləşdirilmiş raket hücumunu qətiyyətlə pisləyirik. Bu cür əməllər regional sülh və təhlükəsizlik üçün ciddi təhdid yaradır və qəbuledilməzdir.

Biz qardaş Türkiyə Respublikası ilə tam həmrəyliyimizi ifadə edirik. Türkiyə hökumətinin əhalisinin və ərazisinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində səylərinə dəstək veririk. Azərbaycan Türkiyənin yanında qətiyyətlə dayanır", - bəyanatda qeyd olunub.

Xatırladaq ki, bu gün İrandan buraxılaraq Türkiyənin hava məkanına daxil olan bir ballistik sursat Şərqi Aralıq dənizində yerləşdirilmiş NATO-nun hava və raketdən müdafiə vasitələri tərəfindən zərərsizləşdirilib. Raketin qalıqları Qaziantep vilayətinə düşüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin