“Əlbəttə, Ermənistan-Azərbaycan arasında sülh müqaviləsi olmalıdır. Beynəlxalq hüququn norma və prinsipləri əsasında qarşılıqlı surətdə ölkələrin ərazi bütövlüyünü tanımaq şərtilə bu sülh müqaviləsi imzalanmalıdır”.
Bizim.Media xəbər verir ki, bu fikirləri fevralın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdam rayonuna səfəri zamanı səsləndirib.
MÖVZU İLƏ BAĞLI:
Prezidentlə xanımı Ağdamda açılışlarda iştirak etdilər - FOTO
“Əminəm ki, bizim bu gün gördüyümüz işlər, o cümlədən ordu quruculuğu sahəsində gördüyümüz işlər Azərbaycanı daha da gücləndirəcək və Ermənistanda baş qaldıran revanşist qüvvələrə cavab olacaq. Biz öz torpağımızdayıq. Biz bu torpağa qan tökərək, şəhidlər verərək qayıtmışıq. Bu torpaqda möhkəm dayanmışıq və bu torpaqlarda əbədi yaşayacağıq. Qarabağ Azərbaycandır!”, deyə Azərbaycan Prezidenti qeyd edib.
Bizim.Media