“Ağdamın yol-nəqliyyat infrastrukturu tamamilə yenidən qurulur. Bərdə-Ağdam avtomobil yolu, dəmir yolu inşa edilir. Hesab edirəm ki, avtomobil yolu təqribən bir ilə hazır olacaq”.
Bizim.Media xəbər verir ki, bu fikirləri fevralın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdam rayonuna səfəri zamanı səsləndirib.
MÖVZU İLƏ BAĞLI:
Prezidentlə xanımı Ağdamda açılışlarda iştirak etdilər - FOTO
“Mənim göstərişimlə Füzuli-Ağdam avtomobil yolunun çəkilişi layihəsi artıq icra olunmağa başlamışdır. Bu yol həm Füzuli və Ağdam şəhərlərini birləşdirəcək, eyni zamanda, Ağdamı Füzuli Beynəlxalq Hava Limanı ilə birləşdirəcək və Ağdama başqa ölkələrdən gəlmək daha asan olacaq”, deyə Azərbaycan lideri vurğulayıb.
Bizim.Media