Müharibə regionumuzda mümkün qədər tez başa çatmalıdır. Bir neçə ay ərzində danışıqların təşkil edilməsi üçün böyük səylər göstərmişik. Bu həftə həm ölkəmizin, həm də Azərbaycanın İran tərəfindən hədəf alınması qarşı-qarşıya olduğumuz riskin miqyasını açıq şəkildə göstərir.
Biz İrandakı müharibənin yayılmasını istəmirik və bölgədəki hadisələr narahatlıq üçün əsas səbəbdir”.
Bizim.Media xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasından sonra mətbuata açıqlamasında bildirib.
"Üçüncü ölkələrə hücum strategiyası çox səhvdir. Əgər bunun davamı olacaqsa, heç kim belə bir macəraya atılmasın. Türkiyə qətiyyətli bir ölkədir. Bu gün müharibəni bitirmək üçün bütün diplomatik əlaqələri davam etdiririk. Digər tərəfdən TDT Türkiyə və qardaş Azərbaycan qarşısında baş verən hücumlar zamanı güclü dəstək və həmrəylik nümayiş etdirib".
Bizim.Media

- A-
- A
- A+
Siyasət
22:52 / 07.03.2026
Hakan Fidan Türkiyə və Azərbaycana dron hücumu ilə bağlı İrana XƏBƏRDARLIQ ETDİ
Hazırda oxunan: Hakan Fidan Türkiyə və Azərbaycana dron hücumu ilə bağlı İrana XƏBƏRDARLIQ ETDİ
Hazırda oxunan: Hakan Fidan Türkiyə və Azərbaycana dron hücumu ilə bağlı İrana XƏBƏRDARLIQ ETDİ
600255
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

























































































