Pezeşkian ÜZR İSTƏDİ – “Bir daha hücum etməyəcəyik” - VİDEO

Hazırda oxunan: Pezeşkian ÜZR İSTƏDİ – “Bir daha hücum etməyəcəyik” - VİDEO

600166

“İran bir daha qonşu ölkələrə hücum etməyəcək”.

Bizim.MediaTRT Haber”ə istinadla xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian müraciətində bildirib.
 

Onun sözlərinə görə, Müvəqqəti Rəhbərlik Şurası dünən qonşu ölkələrə hücum etməmək və ərazilərindən İrana hücum olmadığı təqdirdə, raket və dron atmamaqla bağlı qərar qəbul edib:


“Bizim qonşu ölkələrə qarşı düşmənçiliyimiz yoxdur, qonşularımızdan üzr istəyirəm”.

Xatırladaq ki, 28 fevralda İsrail və ABŞ İrana qarşı əməliyyatlara start verib. Bu hücumlara cavab olaraq İran "Əsl vəd 4" əməliyyatına başlayıb. İranın raket hücumları təkcə İsraili və ABŞ bazalarını deyil, digər region ölkələrini, o cümlədən Azərbaycanı da əhatə edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin