Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İranın Naxçıvana dron hücumlarından sonra Azərbaycana verdiyi dəstəyə görə Çex Respublikasının Baş naziri Andrey Babişə minnətdarlığını bildirib.
Bizim.Media xəbər verir ki, Prezidentin "X" hesabında bununla bağlı paylaşım edilib.
Paylaşımda deyilir: "İran dövlətinin Azərbaycan ərazisinə dron hücumlarından sonra Çex Respublikasının nümayiş etdirdiyi güclü dəstək və həmrəylik mesajına görə Baş nazir cənab Andrey Babişə dərin minnətdarlığımı bildirirəm.
Bu bəyanat Azərbaycan ilə Çexiya arasında dostluq məcrasında inkişaf edən sıx münasibətlərin və beynəlxalq hüquqa sadiqliyin parlaq təcəssümüdür".
Bizim.Media

- A-
- A
- A+
Siyasət
21:37 / 06.03.2026
İlham Əliyev Çexiyanın Baş nazirinə TƏŞƏKKÜR ETDİ
Hazırda oxunan: İlham Əliyev Çexiyanın Baş nazirinə TƏŞƏKKÜR ETDİ
Hazırda oxunan: İlham Əliyev Çexiyanın Baş nazirinə TƏŞƏKKÜR ETDİ
600099
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































