Sudan İranın Naxçıvana PUA hücumlarından narahatlıq ifadə edib

Hazırda oxunan: Sudan İranın Naxçıvana PUA hücumlarından narahatlıq ifadə edib

600096

Sudanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Muhi Əl-Din Salem Ahmed azərbaycanlı həmkarı Ceyhun Bayramova zəng vurub.


Bizim.Media xəbər verir ki, C.Bayramov martın 5-də mülki infrastruktur və şəxslərə zərərlə müşayiət olunan İran tərəfindən Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisinə qarşı dronla həyata keçirilmiş hücumların ölkənin suverenliyinə və ərazi bütövlüyünə zidd olduğunu vurğulayıb.

İrandan qeyd olunan hücuma aydınlıq gətirilməsi, izahat verilməsi, üzrxahlıq edilməsi, bu kimi halların təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlər görülməsinin tələb edildiyini Sudan tərəfinin diqqətinə çatdırıb.

Sudan naziri bu hücumlardan narahatlıq ifadə edib, mülki infrastrukturun hədəf alınmasının qəbuledilməz olduğunu bildirib.

Nazirlər həmçinin iki ölkə arasında əməkdaşlıq məsələlərini də müzakirə ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin