İtaliya XİN başçısı Ceyhun Bayramova ZƏNG ETDİ

Hazırda oxunan: İtaliya XİN başçısı Ceyhun Bayramova ZƏNG ETDİ

600092

İtaliyanın Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani azərbaycanlı həmkarı Ceyhun Bayramova zəng edib.


Bizim.Media xəbər verir ki, telefon danışığı zamanı tərəflər regionda yaranmış təhlükəsizlik vəziyyəti, xüsusilə də İran tərəfindən Azərbaycan ərazisinə qarşı həyata keçirilmiş dron hücumları ilə bağlı fikir mübadiləsi aparıblar.

Ceyhun Bayramov Azərbaycan ərazisinə qarşı həyata keçirilmiş bu cür hücumların qəbuledilməz olduğunu vurğulayaraq, ölkəmizin suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş hər hansı addımların beynəlxalq hüquqa zidd olduğunu qeyd edib. Bildirilib ki, mülki əhali və infrastruktur üçün risk yaradan bu kimi hərəkətlər regionda təhlükəsizlik və sabitliyə ciddi təhdid təşkil edir.

Nazir Antonio Tayani mövcud vəziyyətlə bağlı narahatlığını ifadə edərək, həmrəyliyini bildirib. O, regionda sabitliyin bərpa olunmasının əhəmiyyətini qeyd edib.

İtaliya naziri İtaliya vətəndaşlarının Azərbaycan ərazisindən istifadə etməklə təxliyyəsinə yaradılmış şəraitə görə Azərbaycan tərəfinə təşəkkürünü ifadə edib. Göstərilmiş dəstəyin yüksək qiymətləndirildiyi bildirilib.

Telefon danışığı zamanı tərəflər həmçinin iki ölkə arasında strateji tərəfdaşlıq çərçivəsində əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin