Azərbaycanın müdafiə naziri Zakir Həsənovla belaruslu həmkarı Viktor Xreninin təşəbbüsü ilə telefon danışığı olub.
Bizim.Media xəbər verir ki, tərəflər İran ərazisindən pilotsuz uçuş aparatları (PUA) vasitəsilə Naxçıvan beynəlxalq hava limanına və digər mülki infrastruktura hücum aktlarını müzakirə ediblər.
General-leytenant V.Xrenin Belarus Respublikasının bu tip hücumları qəti şəkildə pislədiyini
diqqətə çatdıraraq ölkəmizə zəruri dəstək verməyə hazır olduqlarını diqqətə çatdırıb.
Nazirlər həmçinin, ölkələrimiz arasında hərbi, hərbi-texniki sahədə əməkdaşlıq, regional təhlükəsizlik və qarşılıqlı maraq kəsb edən məsələlər barədə geniş fikir mübadiləsi aparıblar.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
18:41 / 06.03.2026
Zakir Həsənov belaruslu həmkarı ilə İranın Naxçıvana PUA hücumlarını MÜZAKİRƏ ETDİ
Hazırda oxunan: Zakir Həsənov belaruslu həmkarı ilə İranın Naxçıvana PUA hücumlarını MÜZAKİRƏ ETDİ
Hazırda oxunan: Zakir Həsənov belaruslu həmkarı ilə İranın Naxçıvana PUA hücumlarını MÜZAKİRƏ ETDİ
600079
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































