Mirziyoyev İlham Əliyevlə İranın Azərbaycana hücumunu müzakirə etdi

Hazırda oxunan: Mirziyoyev İlham Əliyevlə İranın Azərbaycana hücumunu müzakirə etdi

599918

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Şavkat Mirziyoyev İranın pilotsuz uçuş aparatları vasitəsilə Azərbaycana qarşı törətdiyi hücumları qətiyyətlə qınayıb, Özbəkistanın Azərbaycana tam dəstəyini ifadə edərək ölkəsinin hər zaman Azərbaycanın yanında olduğunu vurğulayıb.
 

Prezident İlham Əliyev telefon zənginə və nümayiş etdirilən dəstəyə görə Özbəkistan Prezidentinə təşəkkürünü bildirib. Dövlət başçısı baş vermiş hadisə ilə bağlı məlumat verərək hazırda vəziyyətin tam nəzarət altında olduğunu qeyd edib.
 


Telefon söhbəti əsnasında Azərbaycan ilə Özbəkistan arasında dostluq, qardaşlıq və müttəfiqlik əlaqələrinin gələcək inkişaf perspektivləri müzakirə olunub.

Hər iki dövlət başçısı Azərbaycanın və Özbəkistanın bundan sonra da daim bir-birini dəstəkləyəcəyini bir daha təsdiq ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin