Gürcüstanlı həmkarı Zakir Həsənova ZƏNG ETDİ

Hazırda oxunan: Gürcüstanlı həmkarı Zakir Həsənova ZƏNG ETDİ

599917

Gürcüstanın müdafiə naziri İrakli Çikovaninin təşəbbüsü ilə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla telefon danışığı olub.

Bizim.Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
 

Bildirilib ki, tərəflər, ölkələrimiz arasında əlaqələr, regiondakı cari vəziyyət və təhlükəsizlik məsələləri ilə bağlı ətraflı fikir mübadiləsi aparıblar.


“Telefon danışığı zamanı, həmçinin ölkələrimiz arasında ikitərəfli hərbi əməkdaşlığın inkişaf perspektivləri də müzakirə olunub”, -  deyə məlumatda qeyd edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin