Aleksandr Merejko: "İranın Azərbaycan ərazisinə qarşı hücumları əsassız təcavüz aktıdır" - EKSKLÜZİV

Hazırda oxunan: Aleksandr Merejko: "İranın Azərbaycan ərazisinə qarşı hücumları əsassız təcavüz aktıdır" - EKSKLÜZİV

599913

"İranın Azərbaycan ərazisinə qarşı hücumları əsassız təcavüz aktıdır və əlbəttə ki, bu, beynəlxalq hüququn və BMT Nizamnaməsinin aşkar şəkildə pozulmasıdır".

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Avropa Şurası Parlament Assambleyasının keçmiş vitse-prezidenti, Ukrayna Ali Radasının Xarici siyasət və parlamentlərarası əməkdaşlıq məsələləri Komitəsinin sədri Aleksandr Merejko deyib.

O bildirib ki, Ukrayna Azərbaycanı dəstəkləyir:

"Biz Azərbaycanı dəstəkləyirik. Azərbaycan bizim strateji tərəfdaşımızdır və bu vəziyyətdə Azərbaycanın İranın təcavüzünün qurbanı olduğuna dair qətiyyən şübhə yoxdur".

Merejko əlavə edib ki, hazırda İran davranışını itirib:

"Mənim fikrimcə, İran ümidsiz şəkildə bir çox başqa ölkələri müharibəyə cəlb etməyə çalışır. İran Azərbaycanı bu müharibəyə sürükləməyə, hətta dünya müharibəsinə səbəb olmağa çalışır. Bu, çarəsizliyin əlamətidir və hazırda İranın təxribatlarına uymamaq, sakit qalmaq, ölkənizi və ərazinizi qorumaq vacibdir. Və əlbəttə ki, siz hər zaman qlobal birliyin və Ukraynanın dəstəyinə arxalana bilərsiniz", - deyə A.Merejko əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin