Qazaxıstan İranın Naxçıvana hücumundan dərin narahatlıq ifadə etdi

Hazırda oxunan: Qazaxıstan İranın Naxçıvana hücumundan dərin narahatlıq ifadə etdi

599883

Qazaxıstan xarici işlər naziri Yermek Koşerbayev Azərbaycan xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.

Bu barədə Bizim.Media-ya Xarici İşlər Nazirliyinən məlumat verilib.
 

Qeyd olunub ki, Ceyhun Bayramov 5 mart tarixində mülki infrastruktur və şəxslərə zərərlə müşayiət olunan İran İslam Respublikası tərəfindən Naxçıvan Muxtar Respublikası ərazisinə qarşı dronla həyata keçirilmiş hücumların suverenliyimizə və ərazi bütövlüyümüzə zidd olduğunu vurğulayıb.


İran İslam Respublikasından qeyd olunan məsələyə aydınlıq gətirilməsini, izahat verilməsini, üzrxahlıq edilməsini, bu kimi halların təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlər görülməsini tələb etdiyimiz Qazaxıstan tərəfinin diqqətinə çatdırıb.

Qazaxıstan naziri bu hücumlardan dərin narahatlıq ifadə edib, vəziyyətin daha da gərginləşməyəcəyinə ümidvar olduğunu bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin