Naxçıvana uçan təyyarə Bakıya qayıdıb – Baş Prokurorluq

Hazırda oxunan: Naxçıvana uçan təyyarə Bakıya qayıdıb – Baş Prokurorluq

599862

“Naxçıvana uçan təyyarə təhlükəsizlik məqsədilə Bakıya qayıdıb”.

Bizim.Media xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.
 

“Hava limanı xidmətlərinin işi qəsdən qanunsuz olaraq pozulduğundan Naxçıvan-Bakı istiqaməti üzrə 264 nömrəli reysi həyata keçirməli olan mülki hava gəmisi havada olarkən təhlükəsizlik məqsədilə Bakı şəhəri istiqamətində geri qayıtmağa məcbur olub”, - məlumatda qeyd olunub.


Xatırladaq ki, bu gün İran ərazisindən Naxçıvana dron hücumu həyata keçirilib. Dronlardan biri Naxçıvan Muxtar Respublikasının Hava Limanının terminal binasına, digəri isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb.

Hücum nəticəsində dörd mülki şəxs xəsarət alıb. İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dərmiçilu Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası verilib.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bəyanatında isə bildirilib ki, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin müdafiəsi, mülki şəxslərin və mülki infrastrukturun təhlükəsizliyinin təmin olunması üçün zəruri cavab tədbirləri hazırlanır və bu hücum aktları cavabsız qalmayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin