Amerika–İsrail İctimai Əlaqələr Komitəsi: Biz Azərbaycanın yanındayıq

Hazırda oxunan: Amerika–İsrail İctimai Əlaqələr Komitəsi: Biz Azərbaycanın yanındayıq

599854

Amerika–İsrail İctimai Əlaqələr Komitəsi (AIPAC) İranın pilotsuz uçuş aparatları ilə Azərbaycan ərazisinə hücumunu pisləyib.

Bizim.Media xəbər verir ki, bu barədə təşkilatın sosial şəbəkələrdə yayımladığı bəyanatda bildirilib.

“Biz İranın hücumu qarşısında dayanan ABŞ və İsrailin böyük müttəfiqi olan Azərbaycanın yanındayıq”, – deyə AIPAC-ın açıqlamasında qeyd olunub.

Xatırladaq ki, 5 martda İran ərazisindən buraxılan pilotsuz uçuş aparatları Naxçıvan ərazisindəki obyektlərə hücum edib. Dronlardan biri Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasına, digəri isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb.

Hava limanına edilən hücum nəticəsində dörd mülki şəxs yaralanıb.
 

Hadisədən sonra İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb.


Azərbaycan tərəfi isə bu hücumla bağlı cavab zərbəsi endirmək hüququnu özündə saxladığını bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin