Britaniyadan molla rejiminin Naxçıvana hücumuna SƏRT REAKSİYA FOTO

Hazırda oxunan: Britaniyadan molla rejiminin Naxçıvana hücumuna SƏRT REAKSİYA FOTO

599852

“Bu gün iki İran dronunun Naxçıvana zərbə endirməsi tamamilə qəbuledilməzdir”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld “X” hesabında bildirib.
 

“Böyük Britaniya Azərbaycanın təhlükəsizliyini təhdid edən istənilən hərəkəti qətiyyətlə pisləyir. Bu çətin məqamda Azərbaycanla və zərər çəkənlərlə tam həmrəyik. Səfirlik baş verənləri yaxından izləyir”, - deyə səfir qeyd edib.


Xatırladaq ki, bu gün İran ərazisindən Naxçıvana dron hücumu həyata keçirilib.

Dronlardan biri Naxçıvan Muxtar Respublikasının Hava Limanının terminal binasına, digəri isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb.

Hücum nəticəsində dörd mülki şəxs xəsarət alıb. İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dərmiçilu Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası verilib.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bəyanatında isə bildirilib ki, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin müdafiəsi, mülki şəxslərin və mülki infrastrukturun təhlükəsizliyinin təmin olunması üçün zəruri cavab tədbirlərini hazırlayır və bu hücum aktları cavabsız qalmayacaq.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin