Molla rejiminə SƏRT REAKSİYA – “Azərbaycan cavab vermək hüququna malikdir”

Hazırda oxunan: Molla rejiminə SƏRT REAKSİYA – “Azərbaycan cavab vermək hüququna malikdir”

599820

Xəbər verdiyimiz kimi bu gün İran tərəfindən Naxçıvan ərazisinə pilotsuz uçuş aparatları ilə zərbə endirilib. 

Hadisə ilə əlaqədar millət vəkili Hikmət Babaoğlu fikirlərini Bizim.Media-ya bölüşüb.

Deputat bildirib ki, İranın Naxçıvanı PUA-larla vurması qətiyyətlə pislənməlidir. Bu həm qonşuluq siyasətinə, həm də beynəlxalq hüquqa ziddir:
 

MÖVZU İLƏ BAĞLI:

SON DƏQİQƏ! Molla rejimi iç üzünü GÖSTƏRDİ – Naxçıvana hücum – VİDEO


“Bu, qonşu və dost dövlətinin hərəkəti deyil. Azərbaycanın İrana qarşı uzun müddətdir göstərdiyi dostluq münasibətinə ziddir. Ona görə də Azərbaycan dövləti öz vətəndaşlarının təhlükəsizliyini qorumaq üçün  adekvat cavab vermək hüququna malikdir. Azərbaycan hüquqi dövlətdir. Açıq-aydın şəkildə İrandan izahat gözləyirik. Hadisənini səbəbləri mütləq araşdırmalıdır”. 

Qeyd edək ki, hücum nəticəsində iki mülki şəxs xəsarət alıb. İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dərmiçilu Xarici İşlər Nazirliyinə çağırılıb.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin