Aslan İsmayılov məsələ qaldırdı: “Baş Prokurorluq onu həbs etməlidir”

Hazırda oxunan: Aslan İsmayılov məsələ qaldırdı: “Baş Prokurorluq onu həbs etməlidir”

59960

"Rusiyanın Azərbaycanda əvvəlki gücünün olmaması artıq hamıya bəllidir. Əgər belə olmasaydı, Ramiz Mehdiyevin üstünə bu qədər gedən olmazdı”.

Bizim.Media xəbər verir ki, bunu tanınmış hüquqşünas Aslan İsmayılov deyib.

O həmçinin prezidentin sabiq köməkçisi Əli Həsənovla bağlı da ona qaranlıq qalan məsələlərin olduğunu vurğulayıb:

"Mənə aydın olmayan odur ki, Azərbaycan xalqına, dövlətinə düşmən olan, yüz milyonları mənimsəyən, Azərbaycan ictimai, siyasi həyatına tərbiyəsizlik, əxlaqsızlıq gətirən Əli Həsənovu bu gün kimlər qoruyur?! Bu gün Əli Həsənov qorunmasa, sadəcə onun tapşırıqlarını yerinə yetirən Vüqar Səfərli uzun müddətli həbsdə, o isə azadlıqda olmazdı. Axı onun cinayətləri elə Səfərlinin və onlarla digər şahidlərin məhkəmədə verdikləri ifadələrlə də sübuta yetirilib.
Necə olur ki, min manat mənimsəmişlər barədə Respublika Prokurorluğu bəyanatlar verir, yüz milyonları mənimsəmiş Əli Həsənovun oğlu Şamxalın adı Dubayda, ABŞ-da böyük bizneslərdə hallanır”.

A.İsmayılov sözügedən məsələnin artıq qanunsuzluq yox, xalqa, dövlətə açıq hörmətsizlik olduğunu vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin