Azərbaycan və Latviya XİN rəhbərləri Yaxın Şərqdə artan gərginliyi müzakirə etdilər

Hazırda oxunan: Azərbaycan və Latviya XİN rəhbərləri Yaxın Şərqdə artan gərginliyi müzakirə etdilər

599479

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Latviyanın xarici işlər naziri Baiba Braje arasında telefon danışığı baş tutub.

Bizim.Media xəbər verir ki, nazirlər arasında Yaxın Şərqdə mövcud hərbi eskalasiya və artan gərginlik müzakirə olunub.

Vəziyyətin daha da kəskinləşməsinin geniş coğrafiyada təhlükəsizlik üçün risklər yaratdığı qeyd edilib.
 

Münaqişələrin diplomatik vasitələrlə həllinin və dialoqun vacibliyi vurğulanıb. Telefon danışığı zamanı, Azərbaycan-Latviya ikitərəfli münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.


Tərəflər siyasi dialoqun intensivləşdirilməsini, yüksək səviyyəli qarşılıqlı səfərlərin və müxtəlif sahələr üzrə əməkdaşlığın genişləndirilməsi perspektivlərini məmnunluqla vurğulayıblar. Bununla yanaşı, digər regional təhlükəsizlik məsələləri ətrafında da fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin