Ceyhun Bayramov iordaniyalı həmkarı ilə Yaxın Şərqdəki mövcud vəziyyəti MÜZAKİRƏ ETDİ

Hazırda oxunan: Ceyhun Bayramov iordaniyalı həmkarı ilə Yaxın Şərqdəki mövcud vəziyyəti MÜZAKİRƏ ETDİ

599269

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İordaniya Baş nazirinin müavini, xarici işlər naziri Ayman Əl-Səfadi ilə telefon danışığı aparıb.

XİN-dən Bizim.Media-ya verilən məlumata görə, telefon danışığı zamanı Yaxın Şərq regionunda mövcud hərbi-siyasi vəziyyət və artan gərginlik müzakirə olunub.
 

Bildirilib ki, tərəflər regional təhlükəsizlik mühitinin daha da pisləşməsinin yolverilməz olduğunu qeyd edərək mövcud fikir ayrılıqlarının beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, dialoq və diplomatik vasitələrlə aradan qaldırılmasının vacibliyini vurğulayıblar.


Nazirlər mülki əhalinin təhlükəsizliyinin təmin olunmasının və humanitar vəziyyətin ağırlaşmasının qarşısının alınmasının prioritet əhəmiyyət daşıdığını bildirib, regionda sabitliyin və təhlükəsizliyin bərqərar olunması istiqamətində beynəlxalq səylərin gücləndirilməsinin zəruriliyini diqqətə çatdırıblar.

Telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin