Azərbaycan və İspaniyanın baş diplomatları regionda sabitliyin qorunmasının vacibliyini vurğuladılar

Hazırda oxunan: Azərbaycan və İspaniyanın baş diplomatları regionda sabitliyin qorunmasının vacibliyini vurğuladılar

599050

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İspaniya Krallığının xarici işlər, Avropa İttifaqı və əməkdaşlıq naziri Xose Manuel Albares Bueno arasında telefon danışığı aparılıb.

Azərbaycanın Xarici İşlər Nazirliyindən Bizim.Media-ya bildirilib ki, telefon danışığı zamanı Yaxın Şərq regionunda mövcud olan gərgin təhlükəsizlik vəziyyəti və hərbi eskalasiya ilə bağlı fikir mübadiləsi aparılıb.

Regionda sabitliyin qorunmasının vacibliyi vurğulanaraq, gərginliyin daha da artmasının qarşısının alınması üçün diplomatik kanalların və siyasi dialoqun əhəmiyyəti qeyd edilib.

Mövcud şəraitdə eskalasiya bölgəsində xarici ölkə vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi, zərurət yarandığı halda İrandakı İspaniya vətəndaşlarının Azərbaycan sərhədindən keçməklə təxliyəsi ilə bağlı mümkün əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin